Avropa İttifaqı-Azərbaycan Biznes Forumu keçiriləcək

Avropa İttifaqı-Azərbaycan Biznes Forumu keçiriləcək
# 20 aprel 2022 15:40 (UTC +04:00)

Avropa İttifaqı-Azərbaycan Biznes Forumu keçiriləcək.

APA xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Biznes Forum Aİ-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən COWI Belçika, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası, InvestBaku və AZPROMO ilə birgə mayın 17-də təşkil olunacaq.

Aİ-Azərbaycan Biznes Forumu Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlərə səmərəli əlaqələr qurmaq, fikir mübadiləsi imkanı yaratmaq, həmçinin iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək və bu sahədə maarifləndirməni artırmaq üçün illik beynəlxalq tədbirdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR