AYİB bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətindədir

AYİB bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətindədir
# 16 noyabr 2022 10:20 (UTC +04:00)

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru xanım Katarina Bjorlin Hansen ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkəmizin AYİB-lə uğurlu tərəfdaşlığı qeyd edilib. Nazirin birinci müavini Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində əməkdaşlıq imkanlarını, həmçinin dövlət-özəl tərəfdaşlığı, “yaşıl iqtisadiyyat”, enerji, xüsusilə bərpa olunan enerji layihələri üzrə əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb.

AYİB-in Qafqaz üzrə regional direktoru xanım Hansen Bankın Azərbaycanla uzunmüddətli və səmərəli əməkdaşlığını vurğulayıb, ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığını və qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini ifadə edib.

Tədbirdə Azərbaycan-AYİB əməkdaşlığının genişləndirilməsi istiqamətləri, Bankın maliyyə dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR