Azərbaycanda əcnəbilərin bank kartları ilə xərcləmələri 1,1 mlrd. manatı keçib

Azərbaycanda əcnəbilərin bank kartları ilə xərcləmələri 1,1 mlrd. manatı keçib
# 01 avqust 2022 12:01 (UTC +04:00)

2022-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 203,6 milyon manat (ötən ilin iyun ayına nisbətən 4,2 dəfə çox) təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac İcmal"ının iyul sayında bildirilib. Məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 1,1 milyard manatlıq əməliyyat aparıblar.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 dəfə çoxdur. Belə ki, 2021-ci ilin ilk yarısında xarici vətəndaşların Azərbaycanda bank kartları ilə xərcləmələri 193,1 milyon manat təşkil etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR