BFB bu ili rekordla başa vurmağı hədəfləyib

BFB bu ili rekordla başa vurmağı hədəfləyib
# 27 dekabr 2021 11:02 (UTC +04:00)

Bakı Fond Birjası (BFB) bu ili yeni rekord ticarət həcmləri ilə başa vuracaq.

"APA-Economics"in məlumatına görə, bu barədə BFB-nin sədri vəzifəsini icra edən Eldar Abdullayev deyib.

Onun sözlərinə görə, sözügedən göstəricilər artıq yeni ildə açıqlanacaq və burada emitentlərin və Azərbaycan Mərkəzi Bankının böyük rolu var.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 148 135 711 manat təşkil edib ki, bu da illik müqayisədə 24% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR