İnternet bankçılıq xidmətləri ilə köçürmələr 65% artıb

İnternet bankçılıq xidmətləri ilə köçürmələr 65% artıb
# 02 avqust 2022 17:25 (UTC +04:00)

2022-ci ilin birinci yarımili әrzindә bank müştәrilәrinin cari hesablarından aparılan köçürmәlәrin ümumi sayı 111.7 mln. әdәd, hәcmi isә 151.1 mlrd. manat tәşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, aparılan köçürmәlәrin say üzrә 79%-i (88.5 mln. әdәd), hәcm üzrә isә 77%-i (116 mlrd. manat) mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb. 2022-ci ilin 6 ayı әrzindә internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin hәcmi ötәn ilin analoji dövrü ilә müqayisәdә 65% artaraq 97.3 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR