Taleh Kazımov DB-nin Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Taleh Kazımov DB-nin Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
# 15 noyabr 2022 18:44 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və DB-nın Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov paylaşım edib.

“Bu gün Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və Bankın Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşdə Mərkəzi Bank ilə DB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, - deyə paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR