Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini növbəti dəfə sabit saxlayıb.
"APA-Economics" xəbər verir ki, müvafiq qərar Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlunun sədrlik etdiyi Maliyyə Siyasəti Komitəsinin iclasında verilib. Belə ki, faiz dərəcəsi növbəti dəfə 8,5% olaraq təsdiqlənib.
TCMB ölkədə qiymət sabitliyi təmin edilənə, inflyasiyanın davamlı azalmasını təmin edən göstəricilər ortaya çıxana və orta müddətli 5 faizlik hədəfə çatana qədər sərəncamında olan bütün alətlərdən istifadəni qətiyyətlə davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı sonuncu dəfə fevral ayının 23-də uçot dərəcəsini azaldıb və 9%-dən 8,5%-ə endirib.