Azərbaycanda apreldə ödənişli xidmətlərdən əldə olunan gəlirlər koronavirusa görə 28% azalıb

Azərbaycanda apreldə ödənişli xidmətlərdən əldə olunan gəlirlər koronavirusa görə 28% azalıb
# 22 may 2020 09:58 (UTC +04:00)

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində cari ilin mart və aprel aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlir cari ilin aprel ayında mart ayı ilə müqayisədə 28,2%, ötən ilin aprel ayı ilə müqayisədə isə 25,8% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəticədə, yanvar-aprel aylarında ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% azalaraq 2428,5 mln. manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 1809,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,5%-ni təşkil edib.

Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 243,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 25,5 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR