Azərbaycanın bank sektorunda işçilərin sayı azalıb

Azərbaycanın bank sektorunda işçilərin sayı azalıb
# 27 yanvar 2021 15:20 (UTC +04:00)

2021-ci ilin yanvarın 1-i tarixinə Azərbaycanda bank işçilərinin sayı 18 708 nəfər təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bank sektorunda işçilərin sayı 2020-ci il ərzində 3,9% azalıb. Aylıq müqayisədə isə ötən ilin dekabrında işçilərin sayı 0,4% azalıb.

Qeyd edək ki, ötən il Azərbaycanda dörd bank bağlanıb və nəticədə, ölkədə fəaliyyət göstərən bankların sayı 26-ya (ikisi dövlət bankı) düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR