Azərbaycanın cari əməliyyatlar hesabında bu il profisit yaranacaq - PROQNOZ

Azərbaycanın cari əməliyyatlar hesabında bu il profisit yaranacaq - PROQNOZ
# 06 aprel 2021 16:56 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabı profisitə qayıdaraq ÜDM-in 1,1% təşkil edəcək.

"APA-Economics"in fondun "World Economıc Outlook" hesabatının aprel buraxılışına istinadən verdiyi məlumata görə, 2022-ci ildə profisitin bir qədər daralaraq 0,5%-ə enəcəyi güman edilir.

Qeyd edək ki, Dünya Bankının yeni proqnozuna görə, cari ildə ölkənin cari əməliyyatlar hesabının profisiti ÜDM-in 2,8%-ni, 2022-ci ildə isə ÜDM-in 3,9%-ni təşkil edəcək.

Xatırladaq ki, Azərbaycanın 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. ABŞ dolları və ya ÜDM-in 0,5%-ni təşkil edib. Halbuki 2019-cu ildə 4,4 mlrd. dollar profisit qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR