Hesablama Palatası büdcə dəyişikliklərinə rəy verib

Hesablama Palatası büdcə dəyişikliklərinə rəy verib
# 04 avqust 2020 14:09 (UTC +04:00)

Hesablama Palatası Kollegiyasının növbəti iclası videoformat şəklində baş tutub.

APA-Economics”in Palataya istinadən verdiyi xəbərə görə, iclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihələrinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyləri müzakirə edilib.

Kollegiyada Hesablama Palatasının Rəylərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR