OMV-nin xalis mənfəəti ötən il 25% azalıb

OMV-nin xalis mənfəəti ötən il 25% azalıb
# 04 fevral 2021 11:30 (UTC +04:00)

Ötən il Avstriyanın OMV neft-qaz şirkətinin xalis mənfəəti 2019-cu illə müqayisədə 45% azalaraq 25% azalaraq 1,258 mlrd. avro təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat ilində şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti 2019-cu ildəki 5,14 avroya qarşı 3,85 avro təşkil edib. OMV-nin gəlirləri 29% azalaraq 16,55 mlrd. avro olub, əsaslı xərcləri isə 23% artaraq 6,048 mlrd. avroya çatıb.

Bununla belə, ötən ilin IV rübündə OMV 1,88 mlrd. avro məbləğində xalis mənfəət eldə edib ki, bu da əvvəlki illə müqayisədə 5,3 dəfə çoxdur. Hesabat rübündə şirkətin səhm üzrə seyrəltilmiş mənfəəti 2019-cu ildəki 1,09 avroya qarşı 5,75 avro olub. OMV-nin rüblük gəliri 18% azalaraq 4,956 mlrd. avroya düşüb, əsaslı xərcləri isə 6,2 dəfə artaraq 4,83 mlrd. avroya çatıb.

Şirkət tərəfindən ötən il ərzində karbohidrogen istehsalının həcmi 5% azalaraq gündəlik 463 min barel neft ekvivalenti, IV rübdə isə 7% azalaraq 472 min barel olub. OMV bu il gündəlik hasilatın 480 min barel olacağını gözləyir, lakin çox şey Liviyadakı vəziyyətdən asılı olacaq.

Şirkət həmçinin 2021-ci ildə Brent markalı neftinin bir barel üçün orta qiymətinin 50-55 ABŞ dolları olacağını proqnozlaşdırır.

Xatırladaq ki, OMV Mərkəzi Avropanın ən böyük şirkətlərindən biridir. Şirkət Şimali Afrika, Şimal-Qərbi Avropa, Yaxın Şərq, Xəzər regionu, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla 17 ölkədə karbohidrogenlərin axtarışı və istehsalı ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR