Azərbaycanda istehlak bazarı 3% artıb

Azərbaycanda istehlak bazarı 3% artıb
# 20 noyabr 2019 10:35 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılan məhsulların və göstərilən xidmətlərin dəyəri 39,8 mlrd. manat olmaqla ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan məhsulların və göstərilən xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini real ifadədə 3% üstələyərək 38,2 mlrd. manata bərabər olub, onun 47,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 402,3 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 17,5 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR