Rusiya XİN: Moskva Sovet İttifaqını bərpa etmək planları hazırlamır

Rusiya XİN: Moskva Sovet İttifaqını bərpa etmək planları hazırlamır
  • Clock-gray 12:11
  • calendar-gray 10 Fevral 2021

"Ötən il bu və ya digər şəkildə ölkələrimizin həyatına təsir edən bir sıra hadisələrlə yadda qaldı. Bizə qonşu dövlətlərdə onların inkişaf vektorunu kardinal şəkildə dəyişmək, Rusiyadan qoparmaq və onlara yad dəyərlər sistemini qurmaq məqsədi ilə sabitliyi pozmaq cəhdləri bitmir. Qərbin postsovet məkanını daimi münaqişələr və gərginliklər zonasına çevirmək səylərini görürük. Öz vəzifəmizi bu cür siyasətə müqavimətdə görürük”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində bildirib.

“Bununla yanaşı, bizi günahlandırırlar ki, guya biz Sovet İttifaqını yenidən bərpa etmək planları hazırlayırıq. Bu, belə deyil. Moskva müxtəlif sahələrdə mövcud ənənəvi əlaqələrə əsaslanaraq bütün postsovet ölkələri ilə bərabər və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı kimi ardıcıl çıxış edir. Əminik ki, MDB-dən olan tərəfdaşlarımız xaricdən gələn çağırış və təhdidləri aydın şəkildə başa düşürlər. Ümid edirik ki, dostlarımız onların qarşısında duran siyasi və sosial-iqtisadi vəzifələri konstruktiv şəkildə həll edə biləcəklər. Öz tərəfimizdən Avrasiya İqtisadi Birliyi, KTMT və MDB inteqrasiya birliklilərinin imkanlarından istifadə edərək onlara bu işdə hərtərəfli dəstəyi göstərəcəyik”, - deyə rusiyalı diplomat vurğulayıb.

Fərid Əkbərov

Digər xəbərlər