Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması aşkarlanıb

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması aşkarlanıb
# 20 fevral 2021 18:34 (UTC +04:00)

Rusiyada ilk dəfə insanın quş qripinə yoluxması faktı qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova “Rossiya 24” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vektor mərkəzinin alimləri Rusiyanın cənubunda yerləşən quşçuluq fabrikinin 7 əməkdaşında quş qripinin yeni A(H5N8) növünü aşkarlayıblar.

A. Popova quş qripinə yoluxan şəxslərin özlərini yaxşı hiss etdiklərini qeyd edib.

“Hələlik quş qripinin insandan insana keçməsi halı qeydə alınmayıb”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR