Həştərxanda 5 nəfər naməlum maddədən zəhərlənərək ölüb

Həştərxanda 5 nəfər naməlum maddədən zəhərlənərək ölüb
# 09 may 2024 15:34 (UTC +04:00)

Həştərxanda 5 nəfər naməlum maddədən zəhərlənərək ölüb.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, mayın 8-dən 9-na keçən gecə Həştərxanın Sovetski və Trusovski rayonlarında müxtəlif yerlərdə yaşları 18-dən 40-a qədər olan kişi və qadın meyitləri aşkar edilib.

Məlumata görə, 14 yerli sakin isə naməlum maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır. Onların hamısının narkotik maddədən istifadə etdiyi bildirilir.

Qeyd edilib ki, 2023-cü ilin noyabrında da Həştərxanda 20-dən çox insan keyfiyyətsiz metadondan zəhərlənib.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR