Əfqanıstanda qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb

Əfqanıstanda qəzaya uğrayan təyyarənin “qara qutusu” tapılıb
# 29 yanvar 2020 04:36 (UTC +04:00)

ABŞ Əfqanıstanda qəzaya uğrayan təyyarənin “qara qutu”sunu və iki hərbi qulluqçunun meyitlərini tapıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi polkovnik Sonni Ledjett deyib.

“Yanvarın 27-də “Bombardier E-11A” təyyarəsinin qəzaya uğradığı Əfqanıstanın Qəzni vilayətində iki əsgərin qalıqları tərəfimizdən tapılıb. Həmçinin təyyarənin uçuş qeydi yazılmış “qara qutu” da həmin ərazidə aşkarlanıb. Qəzanın səbəbləri hələ də araşdırılır. Təyyarə düşmən atəşi ilə vurulub”, deyə ABŞ zabiti yazılı açıqlamasında bildirib.

S.Ledjett deyib ki, ABŞ qüvvələri təyyarənin ərazidəki qalıqlarını məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR