Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb

Gürcüstanda azərbaycanlı hamilə qadın ölüb
# 15 iyun 2019 14:03 (UTC +04:00)

Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində hamilə qadın ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, mərhumun qohumları ölümün həkimin səhvi ucbatından baş verdiyini bildirib. Qeyd olunub ki, səhhəti ilə bağlı şikayətləri olan S.Yusubova ötən gün günorta saatlarında xəstəxanaya çatdırılıb. Burada həkimlər onu müayinədən keçirib və bir neçə dərman yazaraq evə buraxıblar. Amma, xəstəxanadan döndükdən bir neçə saat sonra S.Yusubovanın vəziyyəti qəfil pisləşib və gecə saatlarında dünyasını dəyişib.

Vəfat edən 33 yaşlı S.Yusubovanın 8 aylıq hamilə olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR