Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə silahlı insident olub

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə silahlı insident olub
# 21 dekabr 2021 00:25 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qaratəhlə kəndində silahlı insident baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar.

Məlumata görə, yaralı Rustavi Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilib. İnsidentin başvermə səbəbi hələlik məlum deyil.

Hadisə yerinə məhkəmə-tibbi ekspertlər cəlb edilib, faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR