Lavrov: "Suriya və Türkiyə praktiki əməkdaşlığı bərpa etməlidirlər"

Lavrov: "Suriya və Türkiyə praktiki əməkdaşlığı bərpa etməlidirlər"
  • Clock-gray 13:10
  • calendar-gray 16 Oktyabr 2019

Suriya və Türkiyə praktiki əməkdaşlığı bərpa etməlidirlər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Rusiya iki ölkə arasında dialoqun qurulmasında vasitəçilik etməyə hazırdır.

“Həmişə bildirmişik ki, biz Türkiyənin öz sərhədlərində təhlükəsizliyin təmin edilməsi ilə bağlı haqlı maraqlarının olmasını qəbul edirik. Eyni zamanda, biz Türkiyə və Suriyanı 1998-ci ildə imzalanmış Adana razılaşması əsasında praktiki əməkdaşlığın qurulmasına çağırırıq. Praktiki olaraq yerində hər iki ölkənin hərbçiləri bu əməkdaşlığın parametrlərini müəyyən etməlidir. Biz belə bir dialoqda vasitəçilik etməyə hazırıq”, - deyə S. Lavrov bildirib.

İlkin Cəlilov

Digər xəbərlər

Arxiv

date