Meksikanın La-Union yaşayış məntəqəsində yeniyetmələrin məktəbə hücumu nəticəsində direktor müavini ölüb, biri şagird olmaqla daha üç nəfər xəsarət alıb.
Bu barədə “Quadratin” agentliyi Koauila ştatının baş prokuroruna istinadən məlumat yayıb.
İlkin məlumata görə, qardaş olduğu ehtimal edilən iki yeniyetmə yerli vaxtla saat 08:30-da məktəb binasına daxil olaraq hücum həyata keçirib.
Hücum zamanı soyuq silahdan və ehtimal ki, yandırıcı maddə olan butulkalardan istifadə edildiyi bildirilir.
Xəsarət alan şagirdin vəziyyətinin ağır olduğu qeyd olunur.