Bank Of Baku

Maqadanda itlərin insanlara hücumuna görə fövqəladə vəziyyət elan edilib

Maqadanda itlərin insanlara hücumuna görə fövqəladə vəziyyət elan edilib
# 19 sentyabr 2023 11:55 (UTC +04:00)

Rusiyanın Maqadan şəhərində itlərin insanlara kütləvi hücum hallarının artmasına görə fövqəladə vəziyyət tətbiq olunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə şəhər meri Yuri Qrişan Teleqram kanalında paylaşım edib.

O, Maqadanda itlərin insanlara hücumlarının çoxalması ilə əlaqədar fövqəladə vəziyyət elan edildiyini yazıb.

Bildirilib ki, ötən aydan başlayaraq Maqadanda itlər sürü şəklində insanlara hücum edirlər. Bir nəfərin it dişləməsi nəticəsində xəstəxanada öldüyü qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR