Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova Budapeştdə konsert verib

Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova Budapeştdə konsert verib
# 12 mart 2009 11:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakı Musiqi Akademiyasının prorektoru, əməkdar artist, piano ifaçısı Yeganə Axundova Macarıstanın paytaxtı Budapeştdə konsert verib. Bu barədə APA-ya məlumat verən Yeganə Axundova Azərbaycanın Budapeştdəki səfirliyinin dəstəyi ilə keçirilən konsertdə Sergey Raxmaninovun “Fortepiano və orkestr üçün 2 saylı konsert”ini ifa etdiyini deyib. Konsertin çox uğurlu keçdiyini söyləyən Y. Axundova səfər çərçivəsində bir sıra təkliflər aldığını da qeyd edib: “Tamaşaçılar tərəfindən o qədər isti qarşılandım ki, konsert qurtardıqdan sonra düz yeddi dəfə məni səhnəyə çağırdılar. Proqramı uzatmağa məcbur oldum. Səhnəyə qayıtdıqdan sonra Azərbaycan bəstəkarları Qara Qarayevin və Vaqif Mustafazadənin əsərlərini ifa etdim”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR