Bank Of Baku

Pentaqon Polşa müdafiə nazirinin ABŞ-yə səfərinin təxirə salınmasını istəyib

Pentaqon Polşa müdafiə nazirinin ABŞ-yə səfərinin təxirə salınmasını istəyib
# 22 sentyabr 2026 02:09 (UTC +04:00)

ABŞ tərəfinin təcili müraciəti əsasında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sentyabrın 23-nə planlaşdırılan Pentaqon səfəri təxirə salınıb.

APA xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik görüşün yeni tarixinin hazırda razılaşdırıldığını bildirib.

Planlaşdırılan vaxtda ABŞ-yə Polşa müdafiə nazirinin müavini səfər edəcək.

Kosinyak-Kamışın Pentaqon rəhbəri Pit Heqsetlə Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması məsələsini müzakirə edəcəyi gözlənilirdi.

Donald Tramp sentyabrın 17-də bu istiqamətdə ciddi irəliləyiş əldə olunduğunu bildirmişdi, lakin yekun qərar hələ açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR