Bank Of Baku

Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov

# 22 sentyabr 2026 01:10 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası çərçivəsində Dünya İqtisadi Forumu tərəfindən "Əməkdaşlığın olmadığı zamanda əməkdaşlıq gündəliyi" mövzusunda təşkil olunmuş dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, yüksək səviyyəli nahar ziyafəti bu gün dünyanın üzləşdiyi qlobal təhlükəsizlik çağırışlarının həllini müzakirə etmək və fikir mübadiləsi aparmaq üçün siyasət qurucularını, biznes liderlərini və müxtəlif sektorlardan olan ekspertləri bir araya gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR