Cəlil Məmmədquluzadənin nəticəsi: "Azərbaycanı daha dərindən öyrənməyə çalışacam"

Cəlil Məmmədquluzadənin nəticəsi: "Azərbaycanı daha dərindən öyrənməyə çalışacam"
# 18 noyabr 2019 16:20 (UTC +04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ulu babamın 150 illiyinin keçirilməsi ilə bağlı sərəncam verdiyi üçün təşəkkürümü bildirirəm".

APA-nın məlumatına görə, bunu Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr edilmiş Beynəlxalq Elmi-Praktik Konfransda onun nəticəsi Martin Cavanşiri deyib.

O, ulu babasının anadan olduğu yerdən uzaq düşdüyü üçün təssüf etdiyini qeyd edib: "Amma hazırda buradayam, iki gündür ki, Azərbaycana gəlmişəm, artıq Azərbaycan xalqının qonaqpərvərliyini hiss edirəm. Bu iki gün ərzində ulu babam Cəlil Məmmədquluzadənin Azərbaycan mədəniyyətində oynadığı rol haqqında xeyli məlumat əldə etdim. Onun Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli şəxs olduğunu indiyə qədər təsəvvür edə bilmirdim. Dünən Şəhidlər Xiyabanında və Ədəbiyyat Muzeyində oldum, bu gün isə ulu babamın məzarını ziyarət etdim".

M.Cavanşiri bundan sonra Azərbaycanı daha dərindən öyrənməyə çalışacağını vurğulayıb: "Hal-hazırda oğlum da burda, mənimlədir. Ümid edirəm ki, mənim əldə edə bilmədiyim məlumatları oğlum əldə edəcək. Mən ulu babam olduğuna görə Cəlil Məmmədquluzadə ilə fəxr edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR