Məşhur fransalı bloger Azərbaycanı "Netflix"də təbliğ edəcək

Patrik Veiseiller Azərbaycanda

© APA | Patrik Veiseiller Azərbaycanda

# 12 aprel 2022 13:41 (UTC +04:00)

Fransanın komediya ustası “Patrick le Chinois” ləqəbi ilə tanınan Patrik Veiseiller Azərbaycandadır.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, məşhur bloger sosial media hesablarından və həmçinin "Netflix" platforması üzərindən Azərbaycan mədəniyyətinin təbliğatına yönələn layihəni təqdim edəcək.

Avtomobil turu formatında həyata keçiriləcək layihədə komediya ustası ölkəmizin tarixi, milli-mədəni irsi, tolerant və multikultural mühiti barədə verilişlər hazırlamaq məqsədilə Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət qrupla Naftalan, Göygöl, Şəki, Bakı və digər bölgələrə səfər edib.

Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən yüksək səviyyədə qarşılanan qonağa şəhər barədə ətraflı məlumat verilib və Naftalanın əsas görməli mədəni-tarixi yerlərində çəkilişlərin aparılmasına şərait yaradılıb.

Qeyd edək ki, bloger, həmçinin, paytaxt Bakı və şəhərin memarlığı, mədəni mühiti ilə bağlı reportajları da təqdim edəcək.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR