Nazirlik: Teatr Agentliyinin yaradılması zaman tələb edir

Nazirlik: Teatr Agentliyinin yaradılması zaman tələb edir
# 14 mart 2022 12:11 (UTC +04:00)

“Teatr Agentliyinin yaradılması mürəkkəb və uzun sürən prosesdir”.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

“Bununla bağlı hazırda işlər davam etdirilir. Digər dövlət qurumları ilə razılaşdırılmalı məqamlar olduğuna görə, bu proses biraz zaman tələb edir”,-məlumatda qeyd olunur.

Qeyd edək ki, bir müddət öncə mədəniyyət naziri Anar Kərimov Teatr Agentliyinin yaradıcılacağını demişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR