Prezidentin köməkçisi: "Jurnalistlərin paytaxtdan rayonlara hərəkəti üçün ezamiyyə vərəqi tələb olunur"

Prezidentin köməkçisi: "Jurnalistlərin paytaxtdan rayonlara hərəkəti üçün ezamiyyə vərəqi tələb olunur"
  • Clock-gray 12:06
  • calendar-gray 08 Avqust 2020

Jurnalistlərin paytaxtdan rayonlara hərəkət etməsi üçün ezamiyyə vərəqi tələb olunur.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O qeyd edib ki, bu, çox sadə bir tələbdir: “Düşünmürəm ki, ezamiyyə vərəqinin verilməsi hər hansı ciddi problem yaratsın. Amma bu ən azından insanların hərəkətini nəzarətdə saxlamağa imkan verər. Ezamiyyə vərəqi normal bir şeydir. Bu gün bütün dövlət qurumlarında bu tələb olunur. Hər hansı rayona getdikdə, doğrudan da öz vəzifə borcunu yerinə yetirmək üçün gedirsə, bu, ezamiyyədir. Ona görə də ezamiyyə vərəqi verilməlidir”.

Ş. Mövsümov əlavə edib ki, şirkət ezamiyyə vərəqini mümkün qədər tez verməlidir: “Yarım saat ərzində ezamiyyə vərəqi verilməlidir ki, jurnalist hadisə yerinə gedə bilsin”.

Əsmər Qabil

Digər xəbərlər