Prezident İlham Əliyev: Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq

Prezident İlham Əliyev: Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq
# 18 mart 2023 14:48 (UTC +04:00)

Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib.

APA xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.

“Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq”, - dövlət başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR