AİŞ tərəfindən ötən il 62 yeni investisiya layihəsi təhlil olunub

AİŞ tərəfindən ötən il 62 yeni investisiya layihəsi təhlil olunub
# 06 yanvar 2022 14:47 (UTC +04:00)

“Azərbaycan İnvestisiya Şirkəti” ASC tərəfindən 2021-ci il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və təhlillər aparılıb.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür.

Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən 1-i üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə, Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən müəssisənin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 mln. manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR