Bakıda orta aylıq əməkhaqqı artıb

Bakıda orta aylıq əməkhaqqı artıb
# 30 sentyabr 2022 17:45 (UTC +04:00)

Bakı şəhəri üzrə bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1% artaraq, 1071,8 manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında paytaxtda orta aylıq nominal əməkhaqqı 1065,7 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR