Gələn il dünyada rekord həcmdə bərpa olunan enerji generasiyası gücləri istifadəyə veriləcək

Gələn il dünyada rekord həcmdə bərpa olunan enerji generasiyası gücləri istifadəyə veriləcək
# 14 dekabr 2020 10:58 (UTC +04:00)

Gələn il dünyada 218 QVt gücündə olan bərpa olunan enerji mənbələri (RES) əsasında işləyən əlavə qurğular istismara veriləcək ki, bu da 2020-ci illə müqayisədə 10% çoxdur.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

Daha əvvəl agentlik 2020-ci ildə 200 QVt gücündə elektrik enerjisinin generasiyası üzrə qurğuların istifadəyə veriləcəyini proqnozlaşdırmışdır.

Hesabata görə, 2021-ci ildə generasiya güclərinin belə rekord artımı cari ildə təxirə salınmış layihələrin icrası və bərpa olunan enerjinin inkişafına maliyyə dəstəyi ilə əlaqədardır. Sözügedən artımın 54%-i günəş enerjisi, 31%-i isə külək enerjisinin payına düşəcək. Ən böyük generasiya güclərinin artımı Çində baş verəcək, "yaşıl" energetikanın artımında ABŞ, Avropa, Yaponiya və Hindistanda da rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR