Tramp: "Bazar Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatı azaltmağa vadar edəcək"

Tramp: "Bazar Rusiya və Səudiyyə Ərəbistanını neft hasilatı azaltmağa vadar edəcək"
# 04 aprel 2020 13:18 (UTC +04:00)

“Neftin dünya qiymətlərinin aşağı olması Rusiya və Səudiyyə Ərəbistanını onun hasilat miqdarını azaltmağa vadar edəcək”.

APA-Economics”in “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinqdə deyib.

“Onlar (Rusiya və Səudiyyə Ərəbistanı – red.) istehsalı artırdılar, budur etdikləri. Lakin onlar dayanmağa hazırlaşırlar. Çünki bazar, məhz bazar onları dayanmağa məcbur edəcək”, - deyə D. Tramp qeyd edib.

Bununla yanaşı, D. Tramp əlavə edib ki, hər iki ölkə neft istehsalını o qədər artırıb ki, o, “sudan ucuz” olub, sonra isə koronavirusla (COVİD-19) bağlı vəziyyət neftə tələbatın kəskin azalmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR