Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa verib - VİDEO - YENİLƏNİB

Ramiz Mehdiyev

© APA | Ramiz Mehdiyev

# 14 fevral 2022 18:29 (UTC +04:00)

“Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyev istefa ərizəsini təqdim edib”.
Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti, Rəyasət Heyətinin üzvü Rasim Əliquliyev məlumat verib.

O qeyd edib ki, ərizə Rəyasət Heyəti tərəfindən qəbul olunub: “Ramiz Mehdiyev bildirib ki, sabah cənab Prezidentə ərizəsini göndərəcək. O, Akademiyanın daxilində və ətrafında yaranmış vəziyyəti nəzərə alaraq istefa verdiyini bildirib”.

***

saat 17.59

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev istefa verib.

Bu barədə APA-ya açıqlamasında Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.

M. Mərdanov deyib ki, R. Mehdiyev bu gün AMEA Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa barədə ərizəsini sabah təqdim edəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR