Hər il Azərbaycandan 200 min əmək miqrantı xarici ölkələrə gedir

Hər il Azərbaycandan 200 min əmək miqrantı xarici ölkələrə gedir
# 31 oktyabr 2007 15:56 (UTC +04:00)
Hər il Azərbaycandan təxminən 200 min əmək miqrantı xarici ölkələrə gedir. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov deyib. O bildirib ki, hazırda xarici ölkələrdə 800 min nəfərdən artıq azərbaycanlı əmək miqrantı çalışır. Bunların 500 min nəfəri Rusiyadadır. Nazirlər Kabinetinin şöbə müdiri hər il xeyli sayda əcnəbi əmək miqrantının Azərbaycana daxil olduğunu da söyləyib. Q. Sadıqovun sözlərinə görə, hazırda Azərbaycan hökuməti əcnəbi əmək miqrantlarının leqallaşdırılması istiqamətində tədbirlər planı hazırlayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR