Bank Of Baku

Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb - FOTO

Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb - FOTO
# 19 sentyabr 2023 12:28 (UTC +04:00)

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

APA-nın cənub bürosunun məlumatına görə, Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.

Qeyd edək ki, ötən gün Astara rayonunun Vaqo kəndində sel sularının dağıtdığı, Pensər - Asxanəkəran-Toradi yolunu birləşdirən körpüdə təmir işlərinə başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR