BDYPİ qeyri sabit hava şəraiti ilə bağlı yollarda nəzarəti gücləndirib

BDYPİ qeyri sabit hava şəraiti ilə bağlı yollarda nəzarəti gücləndirib
# 04 dekabr 2022 14:25 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsi qeyri sabit hava şəraiti ilə bağlı yollarda nəzarət tədbirlərin gücləndirib.

İdarədən APA-ya verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib.

Qeyd olunan istiqamətlərdə hərəkət edən avtomobillərin sürücüləri saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumatlar verilmiş, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyə edilib, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb.

Sürücülərin gedəcəkləri istiqamətlər üzrə yolun vəziyyəti operativ öyrənilərək onlara bu barədə və daha təhlükəsiz hesab olunan alternativ yollardan istifadə barədə məlumatlar verilib.

Qeyri sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR