DİM və Aİ-nin dövlət qulluğu ilə bağlı layihəsinə start verilib - FOTO

DİM və Aİ-nin dövlət qulluğu ilə bağlı layihəsinə start verilib - FOTO
# 14 iyul 2022 11:01 (UTC +04:00)

Bu gün Dövlət İmtahan Mərkəzi və Avropa İttifaqının birgə həyata keçirəcəyi “Azərbaycanda dövlət qulluğu sistemindəki islahatlara dəstək” texniki yardım layihəsinə start verilib.

APA xəbər verir ki, 2 illik layihənin həyata keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın tətbiqinə töhfə verməkdir. Layihəni Avropa İttifaqı maliyyələşdirir.

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə layihənin dövlət qulluğu sistemindəki islahatlara verəcəyi töhfələr, DİM-in dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsi, davamlı peşəkar inkişaf və fərdi karyeranın planlaşdırılması üzrə imkanlarını necə inkişaf etdirəcəyinə dair məlumat verib. O, DİM ilə Avropa İttifaqı arasındakı digər əməkdaşlıq layihələrindən də söhbət açıb.

Avropa İttifaqının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Peter Mixalko həyata keçirilən layihənin əhəmiyyətini vurğulayıb. Daha sonra tədbirdə DİM-in əməkdaşları və beynəlxalq ekspertlər tərəfindən təqdimatlar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR