Bank Of Baku

Ən çox təhsil krediti verilən universitet açıqlanıb

Araz Paşayev

© APA | Araz Paşayev

# 07 aprel 2022 11:23 (UTC +04:00)

Ali Təhsil Müəssisələri üzrə ödənilmiş təhsil tələbə krediti məbləğləri üzrə göstəricilər açıqlanıb.

APA xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev mətbuat konfransında deyib ki, ən çox kredit 206500 manat olmaqla Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Universitetin 229 tələbəsi kredit alıb.

Sonrakı yerləri Bakı Dövlət Universiteti (192), Gəncə Dövlət Universiteti (170), Lənkəran Dövlət Universiteti (152) Bakı Biznes Universiteti (131), Azərbaycan Texniki Universiteti (130), Sumqayıt Dövlət Universiteti (116), Azərbaycan Dövlət Pedaqoji Universiteti (100), Mingəçevir Dövlət Universiteti (92), Odlar Yurdu Universiteti (92), Bakı Qızlar Universiteti (87), Bakı Mühəndislik Universiteti (86), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (76), Azərbaycan Dövlət Pedaqoji Universiteti (Quba filialı) (74), Azərbaycan Memarlıq və İnşaat Universiteti (73), Azərbaycan Texnologiya Universiteti (70), Azərbaycan Dillər Universiteti (64), Azərbaycan Dövlət Pedaqoji Universiteti (Cəlilabad filialı) (62), Bakı Slavyan Universiteti (60), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (55) tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR