“Heydər babaya Qarabağdan məktub” adlı esse müsabiqəsi başa çatıb - FOTO

“Heydər babaya Qarabağdan məktub” adlı esse müsabiqəsi başa çatıb  - FOTO
# 08 may 2023 13:35 (UTC +04:00)

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər babaya Qarabağdan məktub” adlı esse müsabiqəsi başa çatıb. Müsabiqə Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Qarabağ Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçrilib.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, müsabiqənin yekun tədbiri Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində təşkil olunub. Tədbirdə Qarabağ Regional Təhsil İdarəsini əhatə edən rayonların ümumtəhsil məktəblərinin ən yaxşı yazıların müəllifi olan 30-a yaxın şagirdi və təhsil işçisi iştirak edib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qarabağ İqtisadi Rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər bir Azərbaycan övladının güclü təhsilinə önəm verirdi.

Tədbirin sonunda esse müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR