Bank Of Baku

Ötən il 51 aptek cərimələnib

dərman

© APA | dərman

# 09 mart 2022 13:56 (UTC +04:00)

2021-ci il ərzində 124 əczaçılıq müəssisəsində plan üzrə və plandankənar nəzarət yoxlaması aparılıb.

APA xəbər verir ki, bu barədə hökumətin hesabatında qeyd olunub.

Keçirilən nəzarət yoxlamaları nəticəsində dövlət qeydiyyatı və sertifikatı olmayan 230 adda 1108 qutu dərman vasitəsi apteklərin məsul şəxslərinin imzalı razılığı ilə saxlanca götürülüb, nöqsanlar aşkarlanan 51 aptekə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.

Bundan başqa ötən il ərzində 1267 dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 886 dərman vasitəsi qeydiyyat və yenidən qeydiyyat proseduruna qəbul olunub, 203 qeydiyyat vəsiqəsi dəyişdirilib, 1388 dərman vasitəsi ilkin ekspertizaya qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR