Qarabağ və Şərqi Zəngəzur regional təhsil idarələrinin harada yerləşəcəyi bilinib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 26 fevral 2022 10:34 (UTC +04:00)

Qarabağ və Şərqi Zəngəzur regional təhsil idarələrinin harada yerləşəcəyi məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, bu barədə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində qeyd edilib.

Əmrə əsasən, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılan Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayonunda, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında yaradılan Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Bakıda yerləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR