Bank Of Baku

Xarici jurnalistlər Füzuli, Şuşa və Ağdam şəhərində səfərdə olub - FOTO - VİDEO

Xarici jurnalistlər Füzuli, Şuşa və Ağdam şəhərində səfərdə olub - FOTO  - VİDEO
# 13 mart 2022 15:49 (UTC +04:00)

Xarici jurnalistlərin Ağdam şəhərinə səfəri başlayıb.

Səfər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xətti ilə baş tutub. Nümayəndə heyəti ilk olaraq Ağdam şəhərində Pənahəli Xanın “İmarət” kompleksində olub. Onlara ermənilərin tarixi abidələri məhv etməsi barədə məlumat verilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, xarici KİV nümayəndələri Ağdam şəhərinə gəlmədən öncə Füzuli və Şuşada olub.

Əcnəbi jurnalistlər Füzuli, Şuşa və Ağdamda gördükləri erməni vandallığını təmsil etdikləri qurumlarda işıqlandıracaq.

Nümayəndə heyətinin tərkibi belədir:

Səudiyyə Ərəbistanı Krallığı İbrahim Tariq Alquays “Ər-Riyad”, Bəhreyn Mansoor Şaker Mansoor Mohammed Ahmed Alsetri “Əl-Əyyam” , Bəhreyn Unnikrishnan Puravangara “The Daily Tribune” News of Bahrain, Misir Aşraf Abdulmonim Ahmed Aboarafe “Əl-Diploması”, İraq Matz Muhy Abdulhamid Obada “Dostluq” qəzeti, Mavritaniya Çeikh Saleh “Mavritaniya İnformasiya Agentliyi”, Mərakeş Krallığı Khalid El Harrak “Məğrib Ərəb İnformasiya Agentliyi”.

Əlavə olaraq 2 nəfər isə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasından iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR