Zaqatala şəhər 3 saylı məktəbdə aksiya keçirilir - FOTO - YENİLƏNİB

Zaqatala şəhər 3 saylı məktəbdə aksiya keçirilir - FOTO   - YENİLƏNİB
# 20 fevral 2023 11:50 (UTC +04:00)

Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

"Məlumat üçün bildiririk ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən məsələ araşdırılır və ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib" - məlumatda qeyd edilib.

***

10:41

Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə aksiya keçirilir.

APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, müəllim və valideynlər fevralın 17-də məktəbə yeni direktor təyin edilən Məhnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb edirlər.

Kollektiv yeni direktorun idarəçiliyindən narazıdır. Bildirirlər ki, vəzifəyə təyin olunandan sonra yeni qadağaların tətbiqinə başlayıb. Məktəbdə hazırda dərs keçirilmir.

Qeyd edək ki, bu təyinada qədər Məhnurə İsmayılova Şəhid Valeh Bədəlov adına Aşağı Tala kənd 1 saylı tam orta məktəbində direktor işləyib.

Vüqar Heydərov

Çingiz Səfərli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR