Azərbaycanda dilinin orfoepiya qaydalarının layihəsi hazırlanıb

Azərbaycanda dilinin orfoepiya qaydalarının layihəsi hazırlanıb
# 09 oktyabr 2020 11:43 (UTC +04:00)

“"Azərbaycan dilinin orfoepiya lüğəti"nin qaydalarının layihəsi hazırdır”.

Bunu APA-ya açıqlamasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib. O bildirib ki, layihədə yeniliklər var: “Yeniliklər haqqında hələ deyə bilmərəm, amma çox yaxşı yeniliklər var. Çalışmışıq ki, tələffüzlə yazılış arasındakı fərq minimuma endirilsin. Amma layihə hələ müzakirə olunmalıdır. Düşünürəm ki, qəbul olunsa, hamının xeyrinədir. Layihə müəyyən təşkilatlara göndəriləcək. Həmin təşkilatlar layihəyə baxdıqdan sonra öz fikirlərini deyəcəklər".

Qeyd edək ki, bununla əlaqədar Orfoepiya Komissiyası və onun nəzdində İşçi qrupu yaradılıb. Komissiyanın sədri M. Nağısoylu seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR