Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
# 19 yanvar 2021 10:10 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Fridun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, ilkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, müəssisə sanitar-gigiyenik qaydalara əməl etmədən, qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərir.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR