Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 11 dərəcəyədək enib

Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 11 dərəcəyədək enib
# 11 yanvar 2020 10:24 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb. Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR