Bank Of Baku

Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda övladlığa uşaq götürə bilməyəcək 

Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda övladlığa uşaq götürə bilməyəcək 
# 11 oktyabr 2019 10:02 (UTC +04:00)

Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda övladlığa uşaq götürməsinə yol verilməyəcək. 

APA-nın xəbərinə görə, bunun bağlı Ailə Məcəlləsinin 120-ci maddəsinə (Övladlığa götürmək hüququ olan şəxslər) yeni 120.4-cü bənd əlavə edilməsi təklif olunur. 

Yeni bəndə əsasən, nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yaxın qohumları olan uşağın övladlığa götürməsi istisna olmaqla) tərəfindən uşaqların övladlığa götürülməsinə yol verilmir. 

Ailə Məsələsinə dəyişiklik yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR