Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.
"VAZ" və "Mercedec" markalı minik avtomobilləri toqquşub. Daha sonra "VAZ" idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, oktyabrın 2-də saat 14:00 radələrində 2 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.